Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il , No– 8 (I kitab), maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No– 4 (I kitab), maddə 165, No– 5, maddələr 234, 237, 239, No–6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 512-IIQD nömrəli, 5 dekabr tarixli 536-IIQD nömrəli, 9 dekabr tarixli 556-IIQD nömrəli, 557-IIQD nömrəli və 558-IIQD nömrəli, 30 dekabr tarixli 569-IIQD nömrəli, 2004-cü il 6 yanvar tarixli 574-IIQD nömrəli, 5 mart tarixli 599-IIQD nömrəli və 600-IIQD nömrəli qanunları) 204-1-ci maddəsinə aşağıdakı dəyişikliklər edilsin:
1. Maddənin dispozisiyasında "saxlanılması, bu pozuntu az miqdarda törədildikdə" sözləri "saxlanılmasına görə" sözləri ilə əvəz edilsin.
2. Qeyd hissəsi aşağıdakı redaksiyada verilsin:
"Qeyd: Bu maddədə nəzərdə tutulmuş məsuliyyət şərti maliyyə vahidinin üç yüz mislindən çox miqdarda törədildikdə yaranır.".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 mart 2004-cü il
No– 609-IIQD

