"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə əsasən qərara alır:
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 8; 2001, No– 12, maddə 736; 2003, No– 1, maddə 7; 2004, No– 1, maddə 6; 2007, No– 6, maddə 560; 2009, No– 2, maddələr 49, 55; 2011, No– 4, maddə 257; 2013, No–11, maddə 1290) 6-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlıq müddətinədək verilir.”;
2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il
No– 1091-IVQD
Fayl şəklində yüklə