"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 9, maddə 577; 2002, No– 5, maddə 240; 2003, No– 12, I kitab, maddə 697; 2007, No– 6, maddə 560, No– 10, maddə 938; 2008, No– 7, maddə 602; 2012, No– 4, maddə 281) aşağıdakı dəyişikliklər edilsin:

1.  5.6-cı maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə və üçüncü cümləsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

2.  21.2-ci maddənin ikinci cümləsində “qaldırıla bilər” sözləri “qaldırılır” sözü ilə əvəz edilsin;

3.   21.2-1-ci maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

4. 23.2.7-ci maddədə “qanunvericiliklə” sözü “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 oktyabr 2014-cü il
No– 1099-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU