"Taxıl haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Taxıl haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 7, maddə 491; 2004, No– 2, maddə 57; 2007, No– 5, maddə 397; 2011, No– 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.4-cü maddənin ikinci cümləsində “girov qanunvericiliyinə” sözləri “Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

2. 8.1-ci maddənin birinci cümləsindən “lazım gəldikdə” sözləri və ikinci cümləsi çıxarılsın;

3. 8.4-cü maddədə “zəruriyyət yarandıqda” sözləri “taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə” sözləri ilə əvəz edilsin;

4. 11.1-ci maddədə “İdxal hesabına dövlət taxıl fondu üçün taxıl məhsullarının tədarükünə zərurət yarandıqda, alınası” sözləri “Dövlət taxıl fondu üçün taxıl məhsulları idxal hesabına tədarük edildikdə, gətirilən” sözləri ilə əvəz edilsin;

5. 15.2-ci maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri “müvafiq icra hakimiyyəti orqanı həyata keçirir” sözləri ilə əvəz edilsin;

6. 15.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;

7. 15.3.8-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 15.3.9-cu maddə ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 oktyabr 2014-cü il
No– 1100-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU