"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 695; 2007, No– 5, maddə 437, No– 10, maddələr 932, 938; 2008, No– 7, maddə 602; 2009, No– 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

1.  6.4-cü maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin;

2.   8.3-cü maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;

3.  9.3.8-ci maddədə “məsələləri” sözü “tənzimlənmə məsələləri” sözləri ilə əvəz edilsin;

4. 15-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin;

5.   25.1-ci maddənin birinci və ikinci cümlələrində və 25.2-ci maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü  ilə əvəz edilsin;

6.   26.4-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

7. 26.6-cı maddədə “qanunvericiliyi” sözü “Mülki Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;

8.   27.1-ci maddədə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;

9.  28-ci maddədə “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

10.  30.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 oktyabr 2014-cü il
No– 1101-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU