"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–12, maddə 740; 2002, No–12, maddə 706; 2003, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684, No–10, maddələr 873, 905, No–12, maddə 1083; 2006, No–3, maddələr 223, 225, No–6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007, No–2, maddə 80, No–12, maddə 1203; 2008, No–3, maddə 158, No–6, maddə 462, No–7, maddə 602, No–12, maddə 1047; 2009, No–1, maddə 5, No–2, maddə 56, No–3, maddə 160, No–7, maddə 519, No–12, maddə 947; 2010, No–4, maddə 276, No–6, maddə 485, No–10, maddə 840, No–11, maddə 939; 2011, No–1, maddə 12, No–4, maddələr 245, 264, No–11, maddə 985, No–12, maddə 1100; 2012, No–1, maddə 4, No–6, maddələr 508, 518, No–7, maddə 646, No–10, maddə 947, No–12, maddələr 1216, 1227, 1229; 2013, No–3, maddə 213, No–5, maddə 474, No–11, maddələr 1269, 1279, 1299, 1301, 1308, No–12, maddələr 1485, 1504) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: | |
14.8.1.1. 3 ayadək | 30 manat |
14.8.1.2. 6 ayadək | 60 manat |
14.8.1.3. 1 ilədək | 120 manat |
14.8.1.4. 1 il 6 ayadək | 180 manat |
14.8.1.5. 2 ilədək | 240 manat |
14.8.1.6. 2 il 6 ayadək | 300 manat |
14.8.1.7. 3 ilədək | 360 manat |
2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:
14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: | |
14.8.1-1.1. 3 ayadək | 15 manat |
14.8.1-1.2. 6 ayadək | 30 manat |
14.8.1-1.3. 1 ilədək | 60 manat |
14.8.1-1.4. 1 il 6 ayadək | 90 manat |
14.8.1-1.5. 2 ilədək | 120 manat |
14.8.1-1.6. 2 il 6 ayadək | 150 manat |
14.8.1-1.7. 3 ilədək | 180 manat |
14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: | |
14.8.1-2.1. 1 illik | 40 manat |
14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) | 80 manat |
3. 14.8.2-ci maddənin əvvəlinə “Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:
14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə | 150 manat |
5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə: | |
14.15.1. 30 günədək | 30 manat |
14.15.2. 60 günədək | 60 manat |
6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə: | |
14.15-1.1. 30 günədək | 15 manat |
14.15-1.2. 60 günədək | 30 manat |
7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. 3 ayadək - 350 manat;
18.58.2. 6 ayadək - 600 manat;
18.58.3. 1 ilədək - 1000 manat.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2014-cü il
No– 963-IVQD
Fayl şəklində yüklə