"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləredilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləredilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 806-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 740; 2002, No– 12, maddə 706; 2003, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840, No– 11, maddə 939; 2011, No– 1, maddə 12, No– 4, maddələr 245, 264, No– 11, maddə 985, No– 12, maddə 1100; 2012, No– 1, maddə 4, No– 6, maddələr 508, 518, No– 7, maddə 646, No– 10, maddə 947, No– 12, maddələr 1216, 1227, 1229; 2013, No– 3, maddə 213, No– 5, maddə 474, No– 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, No– 12, maddə 1485; 2014, No– 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.0.6-1-ci maddə əlavə edilsin:
“2.0.6-1. aktuari şəhadətnaməsinin verilməsi;”.

2. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:
“Maddə 19-1. Aktuari şəhadətnaməsinin verilməsi üçün tutulan dövlət  rüsumunun dərəcəsi


Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Aktuari şəhadətnaməsinin verilməsinə görə

50 manat

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 iyun 2014-cü il
No– 1006-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU