Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı"nda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında”
Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 1, maddə 8) ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin ikinci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda “maddə 10” sözlərindən sonra “I və II” sözləri “I, II və III” sözləri ilə əvəz edilsin.

 


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 iyun 2013-cü il
No– 690-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU