Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 10, maddə 263, No– 13, maddə 491; Azərbaycan Respublikasının 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 10; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 246, No– 6, maddə 328) 58-ci maddəsində "Ali Sovetinin" sözləri "Milli Məclisinin" sözləri ilə əvəz edilsin.
II. "Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 3, maddə 148, No– 11, maddə 683) aşağıdakı dəyişikliklər edilsin:
1) 4-cü maddənin adında və mətnində, 5-ci maddənin mətnində və 14-cü maddənin ikinci hissəsində ismin müvafiq hallarında verilmiş "Ali Sovet" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilsin;
2) 9-cu maddənin adında və birinci abzasında "Ali Soveti" sözləri "Ali Məclisi" sözləri ilə, "Nazirlər Soveti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;
III. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 22 (Əlavə), maddə 347) 19-cu maddəsində "Ali Sovetinin" sözləri "Milli Məclisinin" sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət nizamnaməsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 22 (Əlavə), maddə 364) aşağıdakı dəyişikliklər edilsin:
1) 7-ci maddənin dördüncü abzasında "hüquqpozmalarına" sözü "xətalara" sözü ilə əvəz edilsin, ("cərimə, islah işləri və inzibati həbs cəzaları istisna edilməklə") sözləri çıxarılsın;
2) 7-ci maddənin altıncı abzasında "hərbi qulluqçuların maddi məsuliyyəti haqqında Əsasnaməyə" sözləri "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında" Əsasnaməyə" sözləri ilə əvəz edilsin;
3) 19-cu maddənin ikinci abzasında, 21-ci maddənin birinci abzasında, 243-cü maddənin ikinci abzasında, 326-cı maddənin ikinci abzasında "Ali Sovetinin" sözləri "Milli Məclisinin" sözləri ilə əvəz edilsin;
4) 243-cü maddənin üçüncü abzasında və 326-cı maddənin üçüncü abzasında ismin müvafiq hallarında verilmiş "Ali Sovet" sözləri ismin müvafiq hallarında "Ali Məclis" sözləri ilə əvəz edilsin.
V. "Azərbaycan Respublikasının 2002-ci ildə 17 may tarixli 329-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı haqqında Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 255) 1-ci bəndində "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində" sözlərindən sonra "və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
VI. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının "Tərəqqi" medalı təsvirinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 681; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 141) üçüncü abzasında "ordenin" sözü "medalın" sözü ilə əvəz edilsin.
VII. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının "Hərbi xidmətlərə görə" medalı təsvirinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 682; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 141) üçüncü abzasında "ordenin" sözü "medalın" sözü ilə əvəz edilsin.
VIII. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə" medalı təsvirinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 683; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 141; 2002-ci il, No– 5, maddə 252) dördüncü abzasında "ordenin" sözü "medalın" sözü ilə əvəz edilsin.
IX. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2004-cü il
No– 612-IIQD

