"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraqq ə r a r a   a l ı r :

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 1, maddə 8; 2005, No– 1, maddə 1, No– 8, maddə 700; 2006, No– 2, maddə 70; 2008, No– 2, maddə 49; 2010, No– 4, maddə 265; 2012, No– 1, maddə 2, No– 7, maddə 651; 2013, No– 12, maddə 1479; 2014, No– 2, maddə 78, No– 7, maddə 769; Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1078-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-1.2-ci maddədə “bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə əvəz edilsin.

2. 5-1.3-cü maddədə “bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş cəmiyyətin təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə, “onları” sözü “onu” sözü ilə əvəz edilsin.

3. 13.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“13.4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,28 noyabr 2014-cü il
No– 1116-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU