"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKSININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 8, maddə 522, No– 12, maddə 731; 2003, No– 1, maddə 16; 2007, No– 10, maddə 938; 2008, No– 5, maddə 341, No– 7, maddə 602; 2010, No– 11, maddə 949; 2011, No– 2, maddə 71, No– 10, maddə 884; Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1064-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 29.3-cü maddə əlavə edilsin:

“29.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən bu Qanunun 17.2-ci, 17.3-cü, 17.4-cü və 17.8-ci maddələrinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 noyabr 2014-cü il
No– 1118- IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU