"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Azərbaycan Respublikası Hökuməti Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2004-cü il fevralın 6-da Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2004-cü il

No– 615-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU