Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 444; 2006, No– 12, maddə 1029; 2007, No– 5, maddə 442, No– 6, maddə 562, No– 8, maddə 756; 2009, No– 12, maddə 948; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 643; 2013, No– 3, maddə 214; 2014, No– 4, maddə 325) aşağıdakı dəyişikliklər edilsin:

1. 48.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 48.2.3-cü və 48.3-cü maddələr əlavə edilsin:

“48.2.3. sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.

48.3. Bu Məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 dekabr 2014-cü il
No– 1137-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU