"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 1, maddə 1, No– 3, maddə 131; 2002, No– 12, maddə 693; 2003, No– 1, maddə 16; 2004, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007, No– 2, maddə 83, No– 5, maddələr 434, 436, No– 7, maddə 711, No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078, No– 12, maddələr 1213, 1219; 2008, No– 3, maddə 153, No– 5, maddələr 326, 341, No– 6, maddələr 471, 481, No– 7, maddə 602, No– 8, maddə 699, No– 10, maddə 881; 2009, No– 2, maddə 54, No– 5, maddə 311, No– 6, maddə 403, No– 10, maddə 771, No– 11, maddə 878, No– 12, maddə 964; 2010, No– 4, maddə 276; 2011, No– 3, maddə 165, No– 6, maddə 463; 2012, No– 5, maddə 413, No– 10, maddə 945; No– 11, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:
1. 31.5-cı maddədə “müddətləri və cədvəli” sözləri “müddətləri, cədvəli və bu Qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı” sözləri ilə əvəz edilsin;
2. 31.6-cı maddənin ikinci cümləsində “qulluqçusunun” sözü “qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun” sözləri ilə əvəz edilsin;
3. 31.16-cı maddəyə “bir nüsxədə” sözlərindən əvvəl“, habelə attestasiya zamanı verilən suallar və cavablar” sözləri əlavə edilsin;
4. Aşağıdakı məzmunda 31.22-ci maddə əlavə edilsin:
“31.22. Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
No– 1160-IVQD
Fayl şəklində yüklə