Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 135; 1999, No– 8, maddə 476; 2002, No– 5, maddə 237; 2003, No– 1, maddə 10; 2004, No– 2, maddə 57; 2006, No– 11, maddə 923; 2007, No– 5, maddə 436, No– 10, maddə 938; 2008, No– 2, maddə 47) 103-cü maddəsinin birinci abzasında “və vətəndaşlar” sözləri “, fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
No– 1129-IVQD
Fayl şəklində yüklə