"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 2, maddə 82; 2001, No– 12, maddə 736; 2002, No– 3, maddə 116, No– 5, maddə 245; 2004, No– 2, maddələr 57, 58; 2005, No– 4, maddə 278; 2007, No– 8, maddə 752, No– 11, maddə 1079; 2009, No– 4, maddə 212, No– 8, maddə 611; 2010, No– 3, maddə 172) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin 1-ci hissəsinin on ikinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:
“oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar.”.

2. 14-cü maddənin beşinci hissəsinin ikinci cümləsində “eyni” sözü “eyni və ya oxşar” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin üçüncü hissəsində:
3.1. 3-cü bənddə “maliyyələşdirildiyi müəyyənləşdirildikdə” sözləri “maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda” sözləri ilə əvəz edilsin;
3.2. 4-cü bənddə “üç dəfə” sözləri “iki dəfə” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 dekabr 2014-cü il
No– 1141-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU