"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 1, maddə 8, No– 8, maddə 686; 2006, No– 1, maddə 4; 2007, No– 4, maddə 321; 2010, No– 7, maddə 596; 2011, No– 2, maddə 71, No– 6, maddə 484; 2012, No– 12, maddə 1228; 2013, No– 12, maddə 1467; 2014, No– 7, maddə 783) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddə üzrə:
1.1. 6.2.6-cı və 6.2.8-ci maddələrdə “təyin etdiyi” sözləri “seçdiyi” sözü ilə əvəz edilsin;
1.2. 6.2.7-ci maddədə “Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi” sözləri “Məhkəmə-Hüquq Şurasının seçdiyi” sözləri ilə əvəz edilsin;
1.3. 6.2.9-cu maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi” sözləri “Məhkəmə-Hüquq Şurasının seçdiyi” sözləri ilə əvəz edilsin.
2. 11.0.4-cü maddədə “, apellyasiya məhkəmələrinin,” sözləri “və” sözü ilə əvəz edilsin, “, ağır cinayətlər məhkəmələrinin” sözləri isə çıxarılsın.
3. 12-ci maddə üzrə:
3.1. 12.0.4-cü maddənin əvvəlinə “hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, səlahiyyət müddətinin uzadılması,” sözləri əlavə edilsin, “, apellyasiya məhkəmələrinin,” sözləri “və” sözü ilə əvəz edilsin, “, ağır cinayətlər məhkəmələrinin” sözləri isə çıxarılsın;
3.2. Aşağıdakı məzmunda 12.0.6-1-ci maddə əlavə edilsin:
“12.0.6-1. məhkəmə hakimiyyətinin inkişafı sahəsində göstərdikləri xidmətə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələrini və ölkə vətəndaşlarını fəxri fərman və fəxri döş nişanı ilə təltif etmək.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
No– 1169-IVQD
Fayl şəklində yüklə