"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 689; 2007, No– 12, maddə 1218; 2009, No– 12, maddə 948; 2011, No– 3, maddə 169) 8.6-cı maddəsinin ikinci hissəsində, 19.3, 25.5 və 26.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğun olaraq mülki, eksperimental və dövlət hava gəmilərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
No– 1163-IVQD
Fayl şəklində yüklə