"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 2, maddə 107; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 380, No– 12, maddələr 832, 834; 2003-cü il, No– 2, maddə 77) 21-1-ci maddəsinə aşağıdakı əlavələr edilsin:

1. maddənin adında "illik məruzəsi" sözlərindən sonra ",bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" sözləri əlavə edilsin;

2. maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər.".

II. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 405; 2001-ci il, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 242; 2003-cü il, No– 1, maddələr 11, 16; No– 6, maddə 256; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 569-IIQD nömrəli 2004-cü il 9 mart tarixli 603-IIQD nömrəli Qanunları) aşağıdakı əlavələr edilsin:

1. 48-ci maddənin birinci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.";

2. 52-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bələdiyyələrin müvafiq komissiyaları seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.".

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8 (I kitab), maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No–7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No– 4 (I kitab), maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228; No– 6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 512-IIQD nömrəli, 5 dekabr tarixli 536-IIQD nömrəli, 538-IIQD nömrəli, 9 dekabr tarixli 556-IIQD nömrəli, 557-IIQD nömrəli, 558-IIQD nömrəli, 30 dekabr tarixli 569-IIQD nömrəli 2004-cü il 6 yanvar tarixli 574-IIQD nömrəli Qanunları) aşağıdakı əlavələr edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 326-1-ci maddə əlavə edilsin:

"Maddə 326-1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma

326-1.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilir.

326-1.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.";

2. 360.1-ci maddədə "315-1" rəqəmindən sonra ", 326-1" rəqəmi əlavə edilsin.

IV. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 8, maddə 520) 6.7-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.".

V. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 216; 2003-cü il, No– 6, maddə 256) 16-cı bəndinin dördüncü cümləsində "bələdiyyənin qərarından" sözlərindən sonra "bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana ya" sözləri əlavə edilsin.

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2004-cü il

No– 622-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU