Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına
dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 216; 2003, No– 6, maddə 256; 2004, No– 4, maddə 212, No– 5, maddə 314; 2006, No– 2, maddə 67, No– 6, maddə 478, No– 11, maddə 923; 2008, No– 12, maddə 1048; 2014, No– 3, maddə 234) ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu bəndinə “torpaq sahəsinin ayrılması” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2015-ci il
No– 1186-IVQD
Fayl şəklində yüklə