"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda  dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 2, maddə 57; 2001, No– 11, maddə 683, No– 12, maddə 736; 2007, No– 7, maddə 712; 2008, No– 8, maddə 695; 2009, No– 12, maddə 966; 2011, No– 6, maddə 475; 2012, No– 6, maddə 520, No– 11, maddə 1043) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin birinci hissəsinin 1-ci bəndindən “, andlı iclasçılar” sözləri çıxarılsın.
2. 12-ci maddənin birinci hissəsinin 3-cü bəndindən “, andlı iclasçıların” sözləri, ikinci hissəsinin 1-ci bəndindən “andlı iclasçılar,” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 fevral 2015-ci il
No– 1187-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU