"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 4; 2001, No– 3, maddə 141; 2007, No– 12, maddə 1212; 2008, No– 11, maddə 960; 2014, No– 4, maddə 331) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə “Azərbaycan Respublikasının Qanunundan” sözləri “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:
“icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2015-ci il
No– 1211-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU