Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No–8, maddə 478; 2001, No–12, maddə 736; 2002, No–5, maddələr 237, 241; 2003, No–1, maddə 11, No–6, maddə 256, No– 8, maddə 423; 2004, No–2, maddə 59, No–6, maddə 415, No–10, maddə 761; 2006, No–2, maddə 67, No–6, maddə 478, No–8, maddə 657, No–11, maddə 932; 2007, No–1, maddə 3, No–8, maddə 745; 2008, No–5, maddə 348, No–6, maddə 460, No–8, maddə 707, No–12, maddə 1048; 2009, No–2, maddə 36; 2012, No–6, maddə 497; 2013, No–6, maddə 621) 9-cu maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2015-ci il
No– 1221-IVQD
Fayl şəklində yüklə