"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–7, maddə 479; 2003, No–1, maddə 8; 2004, No–2, maddə 57; 2006, No–8, maddə 657; 2007, No–8, maddə 745; 2008, No–6, maddə 460; 2009, No–2, maddə 43, No–10, maddə 769; 2014, No–5, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-1.6.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10-1.6.8. balıq və digər su bioresurslarının idman və həvəskar ovu;”.
2. 19-cu maddənin yeddinci abzasında “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.
3. 23-cü maddənin yeddinci abzasında “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,6 mart 2015-ci il
No– 1224-IVQD
Fayl şəklində yüklə