"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 470; 2004, No– 2, maddə 57, No– 7, maddə 505, No– 11, maddə 902; 2007, No– 10, maddə 938; 2008, No– 6, maddə 460; 2012, No– 11, maddə 1045) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddənin ikinci hissəsində “idman və həvəskar balıq ovu” sözləri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.
2. 13-cü maddənin birinci hissəsinin üçüncü abzasında “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin.
3. 16-cı maddə üzrə:
3.1. adında “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
3.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədi ilə həyata keçirilir.”;
3.3. ikinci hissədə “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə, “vətəgə əhəmiyyətli su obyektlərində balıqçılığın təşkili, balıqların ovlanması” sözləri “balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2015-ci il
No– 1226-IVQD
Fayl şəklində yüklə