"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddələr 171, 226, No– 4, maddə 287; 1998, No– 1, maddə 16; 2001, No– 12, maddə 736; 2002, No– 6, maddə 328, No– 12, maddə 692; 2003, No– 1, maddə 16; 2005, No– 8, maddə 684; 2009, No– 5, maddə 314, No– 7, maddələr 512, 517; 2011, No– 2, maddə 71, No– 7, maddə 604; 2013, No– 3, maddə 217, No– 4, maddə 355) 12-1-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bənddə “Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun” sözləri “onun” sözü ilə əvəz edilsin;
2. 9-cu bənddə “təqdim edilməsi tələbinə təkrarən” sözləri “təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2015-ci il
No– 1230-IVQD
Fayl şəklində yüklə