"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 413; 1999, No– 5, maddə 284, No– 7, maddə 396, No– 10, maddə 570; 2001,    No– 5, maddə 292, No– 6, maddə 379, No– 7, maddə 455; 2002, No– 1, maddə 4, No– 12, maddə 706; 2003, No– 6, maddə 278; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199, No– 8, maddələr 597, 598, No– 9, maddə 669; 2005, No– 1, maddə 7, No– 8, maddə 686; 2006, No– 1, maddə 4, No– 12, maddə 1005; 2007, No– 5, maddələr 439, 446, No– 7, maddə 712, No– 11, maddə 1078, No– 12, maddə 1222; 2008, No– 3, maddə 163, No– 7, maddə 609; 2009, No– 2, maddə 46, No– 11, maddə 878; 2010, No– 7, maddə 596, No– 10, maddə 842; 2011, No– 4, maddə 265; 2013, No– 1, maddə 21; 2014, No– 2, maddə 85, No– 7, maddələr 782, 784) aşağıdakı məzmunda 23-1-ci, 34-1-ci və 45-1-ci maddələr əlavə edilsin:

“Maddə 23-1. Rayon (şəhər) məhkəməsi sədrinin müavininin səlahiyyətləri
Rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

Maddə 34-1. Hərbi məhkəmə sədrinin müavininin səlahiyyətləri
Hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.


Maddə 45-1. İnzibati-iqtisadi məhkəmə sədrinin müavininin səlahiyyətləri
İnzibati-iqtisadi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati-iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 fevral 2015-ci il
No– 1202-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU