"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Aqrar islahatın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, N 3-4, maddə 58) 6-cı maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
1. "Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Birliyin uzunmüddətli istifadəsinə (20 ildən az olmayan müddətə) verilir. Sistemlərin istifadəyə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması qaydası həmin qərarla müəyyən edilir.";
2. üçüncü hissə dördüncü hissə hesab edilsin.
II. "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2001-ci il, N 8, maddə 519) 1.0.2-ci, 4.1-ci və 6.2.2-ci maddələrində "xüsusi mülkiyyətdə" sözlərindən sonra ", habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində" sözləri əlavə edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2005-ci il
N 846-IIQD

