"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1008-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 1, maddə 8, No– 8, maddə 686; 2006, No– 1, maddə 4; 2007, No– 4, maddə 321; 2010, No– 7, maddə 596; 2011, No– 2, maddə 71, No– 6, maddə 484; 2012, No– 12, maddə 1228; 2013, No– 12, maddə 1467; 2014, No– 7, maddə 783; Azərbaycan Respublikasının 2014-cü il           30 dekabr tarixli 1169-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10.1.8. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;”.

2. Aşağıdakı məzmunda 11.0.4-3-cü maddə əlavə edilsin:
“11.0.4-3. hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında inzibati vəzifədə və ya prokurorluq orqanlarında prokurorluq işçisi kimi işləyən şəxs yenidən hakim vəzifəsinə təyin edilmək arzusunu bildirdikdə, onu müsahibədən keçirmək;”.

3. 12.0.10-cu maddə ləğv edilsin.

4. Aşağıdakı məzmunda 12.0.26-1-ci maddə əlavə edilsin:
“12.0.26-1. birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə müvafiq icra hakimiyyəti orqanının təkliflərinə rəy vermək;”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 fevral 2015-ci il
No– 1203-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU