Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Seçki Məcəlləsini “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə q ə r a r a a l ı r:
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 6, maddə 274, No– 12, I kitab, maddə 680; 2004, No– 6, maddə 416, No– 11, maddə 891; 2005, No– 2, maddə 62, No– 4, maddə 278, No– 7, maddələr 576, 584, No– 12, maddə 1091; 2007, No– 7, maddə 712; 2008, No– 6, maddə 457; 2009, No– 2, maddə 44; 2010, No– 4, maddə 276, No– 7, maddə 592; 2011, No– 3, maddə 163; 2012, No– 5, maddə 409; 2013, No– 6, maddə 592) 22.4.3-cü maddəsində “vətəndaşlığını itirdikdə” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
No– 1243-IVQD
Fayl şəklində yüklə