"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007, No– 12, maddə 1194; 2008, No– 4, maddə 254, No– 6, maddə 464, No– 7, maddə 602, No– 8, maddələr 699, 710; 2009, No– 6, maddələr 395, 399, No– 11, maddələr 877, 879; 2010, No– 7, maddə 579; 2011, No– 4, maddə 267, No– 6, maddə 465, No– 7, maddə 597, No– 12, maddə 1109; 2012, No– 11, maddələr 1037, 1044; 2013, No– 3, maddə 223, No– 5, maddə 485, No– 6, maddələr 608, 614) aşağıdakı dəyişikliklər edilsin:

1. 20.1.7-ci və 20.1.8-ci maddələrdə “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilsin.

2. 43.2-ci maddənin birinci cümləsində “vətəndaşlığından çıxmış” sözləri “vətəndaşlığına xitam verilmiş” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 3 aprel 2015-ci il
No– 1247-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU