"Beynəlxalq Dəmiryol Daşımaları haqqında" Konvensiyaya (KOTİF) qoşulmaq barədə
“Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır :
Azərbaycan Respublikası 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla (qeyd-şərtin və bəyanatların mətni əlavə olunur) qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2015-ci il
No– 1257-IVQ
Fayl şəklində yüklə