"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır :
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 405; 2001, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002, No– 5, maddə 242; 2003, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004, No– 1, maddə 10, No– 4, maddə 202, No– 5, maddə 314, No– 6, maddə 397; 2005, No– 2, maddə 62; 2006, No– 2, maddə 67, No– 11, maddə 923, No– 12, maddə 1005; 2007, No– 11, maddələr 1053, 1082; 2008, No– 5, maddə 354; 2009, No– 6, maddə 410; 2010, No– 3, maddə 173, No– 4, maddələr 275, 276; 2011, No– 2, maddə 71, No– 12, maddə 1074; 2012, No– 6, maddə 523; 2014, No– 8, maddə 956, No– 11, maddə 1376; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1134-IVQD və 1148-IVQD nömrəli qanunları) 21-ci maddəsinin 3-cü bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
No– 1238-IVQD
Fayl şəklində yüklə