Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 4, maddə 213; 2001, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672, 679, No– 12, maddə 731; 2002, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003, No– 1, maddələr 9, 23; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12, maddə 1094; 2006, No– 3, maddələr 220, 222, No– 5, maddə 385, No– 11, maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; 2007, No– 5, maddələr 401, 437, No– 6, maddə 560, No– 8, maddə 756, No– 11, maddələr 1049, 1053; 2008, No– 3, maddə 156, No– 7, maddələr 600, 602, No– 10, maddə 887, No– 11, maddə 960; 2009, No– 2, maddə 48, No– 5, maddə 294, No– 6, maddə 399, No– 12, maddələr 949, 969; 2010, No– 2, maddələr 70, 75, No– 4, maddə 275; 2011, No– 1, maddə 11, No– 2, maddələr 70, 71, No– 6, maddə 464, No– 7, maddə 598; 2012, No– 11, maddə 1054; 2013, No– 2, maddələr 89, 101, No– 11, maddə 1268; 2014, No– 2, maddə 92, No– 10, maddə 1162, No– 11, maddə 1339, No– 12, maddə 1527; 2015, No– 2, maddə 97;  Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1188-IVQD nömrəli Qanunu) 1-ci əlavəsi olan “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində  “bağlanan” sözü “hüquqi qüvvəyə minən” sözləri ilə əvəz edilsin. 

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 aprel 2015-ci il
No– 1268-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU