"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-cı bəndini rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1101-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 6, maddə 497; 1999, No– 5, maddə 285; 2001, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003, No– 6, maddə 256; 2004, No– 4, maddə 199, No– 6, maddə 396, No– 7, maddə 507; 2006, No– 2, maddə 66, No– 12, maddə 1028; 2007, No– 6, maddə 560, No– 11, maddə 1052, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602; 2009, No– 2, maddə 46, No– 12, maddə 949; 2010, No– 11, maddə 962; 2011, No– 2, maddələr 70, 71, No– 7, maddə 616; 2012, No– 6, maddə 510; 2013, No– 11, maddələr 1285, 1305, 1316; 2015, No– 2 maddə 104) 28-ci  maddəsinin  dördüncü hissəsinin ikinci cümləsində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 aprel  2015-ci il
No– 1269 -IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU