Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin təsis edilməsi haqqında
Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyi təsis edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2004-cü il
No– 631-IIQ

