Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, No– 7, maddə 797; 2014, No– 11, maddələr 1351, 1357, No– 12, maddə 1539; 2015, No– 3, maddə 259) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.”.
1.2. 38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilsin.
1.3. 45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilsin.
1.4. 79.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilsin:
“79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.”.
1.5. 79.5.2-ci maddəyə “ləğv edilmiş” sözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmiş” sözləri əlavə edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci maddəsi 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 may 2015-ci il
No– 1295-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU