Azərbaycan Respublikası ilə Ərəb Iqtisadi Inkişaf Küveyt Fondu arasında "Bakı Dairəvi Avtomobil Yolu layihəsi üzrə Borc Sazişi"nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası ilə Ərəb İqtisadi İnkişaf Küveyt Fondu arasında "Bakı Dairəvi Avtomobil Yolu layihəsi üzrə Borc Sazişi"nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası ilə Ərəb İqtisadi İnkişaf Küveyt Fondu arasında 2003-cü il iyunun 20-də imzalanmış "Bakı Dairəvi Avtomobil Yolu layihəsi üzrə Borc Sazişi" təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2004-cü il
No– 632-IIQ

