Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 584; 2001, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006, No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 159, No– 4, maddə 249, No– 5, maddə 340, No– 6, maddələr 454, 460, 461, 464, No– 7, maddələr 601, 602, 605, No– 8, maddələr 699, 701, 711, No– 10, maddələr 884, 885, No– 11, maddələr 956, 957, No– 12, maddələr 1045, 1047, 1049; 2009, No– 2, maddələr 36, 45, 49, 52, 53, No– 5, maddələr 309, 315, No– 6, maddələr 404, 405, No– 7, maddələr 517, 518, 519, No– 8, maddə 611, No– 12, maddələr 953, 954, 966, 971; 2010, No– 2, maddələr 70, 71, No– 3, maddələr 167, 171, 178, No– 4, maddələr 275, 276, No– 5, maddələr 379, 380, No– 6, maddə 483, No– 7, maddələr 577, 591, 594, 595, 598, 600, No– 10, maddə 838, No– 11, maddələr 936, 938, 949, No– 12, maddə 1059; 2011, No– 2, maddələr 70, 71, No– 3, maddələr 162, 164, 167, 168, 170, No– 4, maddələr 246, 254, No– 6, maddələr 470, 479, 487, No– 7, maddələr 596, 614, No– 10, maddə 881, No– 11, maddə 981, No– 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, No– 1, maddə 3, No– 2, maddə 50, No– 3, maddə 194, No– 4, maddə 271, No– 5, maddə 404, No– 6, maddə 499, No– 7, maddələr 649, 665, 667, No– 9, maddə 843, No– 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, No– 1, maddələr 12, 13, 23, No– 2, maddələr 90, 100, No– 3, maddələr 205, 218, 220, 225, No– 4, maddələr 354, 361, No– 5, maddələr 461, 473, 480, No– 6, maddələr 601, 617, 627, 629, No– 7, maddə 777, No– 8, maddə 888, No– 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, No– 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, No– 1, maddə 2, No– 2, maddələr 80, 91, 93, No– 3, maddə 236, No– 4, maddələr 326, 345, No– 5, maddə 466, No– 6, maddələr 599, 619, 621, No– 7, maddələr 765, 776, 781, No– 10, maddə 1147, No– 11, maddə 1363; 2015, No– 2, maddələr 80, 94 106, No– 3, maddə 258; Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1192-IVQD nömrəli, 24 fevral tarixli 1200-IVQD, 1208-IVQD, 1212-IVQD, 1215-IVQD nömrəli, 6 mart tarixli 1223-IVQD və 28 aprel tarixli 1270-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 33.3-cü maddə əlavə edilsin:
“33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.”.
2. 34-cü maddə üzrə:
2.1. 34.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34.1.7-ci maddə əlavə edilsin:
“34.1.7. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi.”.
2.2. aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilsin:
“34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.”.
3. 51-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə –
xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.
51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda –
əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.”.
4. 236.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“yüz manat miqdarında cərimə edilir.”.
5. 297-ci maddənin sanksiyasında “otuz manatdan qırx” sözləri “əlli manatdan yüz” sözləri ilə əvəz edilsin.
6. 307-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.”.
7. 307-1.2-ci maddənin sanksiyasında “on manatdan on beş” sözləri “əlli manatdan doxsan” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2015-ci il
No– 1297-IVQD
Fayl şəklində yüklə