Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Budaq Əbdüləli oğlu Budaqov və Həsən İbrahim oğlu Mirzəyev vəfatları ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibindən çıxmış hesab edilsinlər.

2. Əhəd Mikayıl oğlu Abıyev, Əli Musa oğlu Qasımov və Fəridə Cəfər qızı Məmmədova Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvlüyündən azad edilsinlər.

3. Azərbaycan Respublikası Milli Məclisi Regional məsələlər komitəsi sədrinin  müavini Fəttah Səməd oğlu Heydərov və AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvləri təyin edilsinlər.

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                                                                          O.Əsədov

Bakı şəhəri, 14 aprel 2015-ci il
No– 1255 -IVQR

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU