"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 11, maddə 649; 2005, No– 4, maddə 278; 2007, No– 11, maddə 1053; 2008, No– 6, maddə 455; 2012, No– 11, maddə 1067) 5-ci maddəsinin I hissəsinin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə, üçüncü cümləsində “gündən” sözü “iş günündən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2015-ci il
No– 1277-IVQD
Fayl şəklində yüklə