"Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol"un təsdiq edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması
barədə Protokol”un təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r:

1. 2013-cü il 25 oktyabr tarixində Minsk şəhərində imzalanmış “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol” təsdiq edilsin.

2. “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1996-cı il 7 fevral tarixli 21-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 1, maddə 10) ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 may 2015-ci il
No– 1291-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU