"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 9, maddə 564; 2001, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002, No– 1, maddə 9, No– 8, maddə 463; 2003, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 11, maddə 901; 2005, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993; 2006, No– 12, maddə 1027; 2007, No– 6, maddə 560, No– 11, maddələr 1053, 1091; 2008, No– 2, maddə 49, No– 6, maddələr 453, 463, No– 7, maddə 602; 2009, No– 2, maddə 47, No– 4, maddə 210, No– 12, maddə 948; 2010, No– 7, maddə 598; 2011, No– 2, maddə 71, No– 4, maddə 255, No– 6, maddə 469, No– 12, maddə 1097; 2012, No– 5, maddə 402, No– 7, maddə 671; 2013, No– 4, maddələr 362, 363, No– 7, maddə 795, No– 11, maddələr 1295, 1298; 2014, No– 4, maddələr 343, 346, No– 5, maddə 467, No– 11, maddə 1352; 2015, No– 1, maddə 2, No– 2, maddələr 76, 79, 106) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddə üzrə:
1.1. I hissənin ikinci cümləsindən və VI hissənin 4-cü bəndindən “və ya vergilərin” sözləri çıxarılsın; 
1.2. IV-I hissənin 5-ci bəndindən “, verginin” sözü çıxarılsın.

2. 30-cu maddə üzrə:
2.1. VI-I hissənin 4-cü bəndindən “, verginin” sözü çıxarılsın; 
2.2. VII hissənin 4-cü bəndindən “və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 may 2015-ci il
No– 1292-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU