Azərbaycan Respublikası ilə Ərəb Iqtisadi Inkişaf Küveyt Fondu arasında "Bakı Dairəvi Avtomobil Yolu layihəsinin maliyyələşdirilməsinə dair Borc Sazişi"nə dəyişikliklər edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası ilə Ərəb İqtisadi İnkişaf Küveyt Fondu arasında "Bakı Dairəvi Avtomobil Yolu layihəsinin maliyyələşdirilməsinə dair Borc Sazişi"nə dəyişikliklər edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası ilə Ərəb İqtisadi İnkişaf Küveyt Fondu arasında 2003-cü il 20 iyun tarixli "Bakı Dairəvi Avtomobil Yolu layihəsinin maliyyələşdirilməsinə dair Borc Sazişi"nə dəyişikliklər edilməsi haqqında Saziş" təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2004-cü il
No– 633-IIQ

