"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin
keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” 2015-ci il martın 21-də Bakı şəhərində və 2015-ci il aprelin 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
No– 1311-IVQ
Fayl şəklində yüklə