"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 8, maddə 520; 2004, No– 5, maddə 314; 2005, No– 2, maddə 62; 2006, No– 6, maddə 486, No– 8, maddə 657, No– 11, maddə 923; 2007, No– 11, maddə 1082; 2008, No– 5, maddə 348, No– 6, maddə 462, No– 11, maddə 958, No– 12, maddə 1048; 2011, No– 12, maddə 1077; 2012, No– 6, maddə 507; 2014, No– 10, maddə 1170; 2015, No– 2, maddə 85) 7.2-ci maddəsində “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözləri “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
No– 1327-IVQD
Fayl şəklində yüklə