Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 478; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 11, No– 6, maddə 256, No– 8, maddə 423; 2004, No– 2, maddə 59, No– 6, maddə 415, No– 10, maddə 761; 2006, No– 2, maddə 67, No– 6, maddə 478, No– 8, maddə 657, No– 11, maddə 932; 2007, No– 1, maddə 3, No– 8, maddə 745; 2008, No– 5, maddə 348, No– 6, maddə 460, No– 8, maddə 707, No– 12, maddə 1048; 2009, No– 2, maddə 36; 2012, No– 6, maddə 497; 2013, No– 6, maddə 621; 2015, No– 3, maddə 244, No– 4, maddə 358) 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
No– 1330-IVQD
Fayl şəklində yüklə