"Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 390; 2002, No– 5, maddə 241; 2003, No– 1, maddələr 11, 13; 2006, No– 6, maddə 478, No– 8, maddə 657; 2007, No– 1, maddə 3, No– 6, maddə 571; 2008, No– 5, maddə 348, No– 12, maddə 1048; 2012, No– 6, maddə 504; 2014, No– 3, maddə 235; 2015, No– 3, maddə 245) 8-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
No– 1332-IVQD
Fayl şəklində yüklə