"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 203; 2001, No– 1, maddə 26, No– 3, maddə 149, No– 6, maddə 375; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 14; 2004, No– 2, maddə 59, No– 4, maddə 212; 2006, No– 6, maddə 478; 2007, No– 1, maddə 3; 2008, No– 3, maddə 154, No– 12, maddə 1048; 2009, No– 2, maddə 36; 2015, No– 3, maddə 246) 19-cu maddəsinin 2-ci hissəsinin ikinci cümləsində “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
No– 1333-IVQD
Fayl şəklində yüklə