Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

 

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2004-cü il, N5, maddə 316) 15.3-cü maddəsinin birinci və ikinci cümləsində "icazə" sözü "xüsusi icazə" sözləri ilə əvəz edilsin.

 

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2000-ci il, N8, I kitab, maddə 584; 2001-ci il, N1, maddə 24, N3, maddə 139, N7, maddə 455, N11, maddələr 680, 698, N12, maddə 731; 2002-ci il, N1, maddə 9, N4, I kitab, maddə 165, N5, maddələr 234, 237, 239, N6, maddə 326, N8, maddə 463, N12, maddə 692; 2003-cü il, N1, maddələr 3, 13, 23, N4, maddələr 177, 178, N5, maddə 228, N6, maddələr 257, 276, 279, N8, maddələr 407, 425, N12, I kitab, maddələr 679, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, N1, maddələr 6, 7, 10, 13, N4, maddələr 200, 201, 204, N5, maddələr 313, 314, 317, 321, N6, maddə 397, N8, maddələr 596, 597; Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli, 732-IIQD nömrəli, 26 oktyabr tarixli, 781-IIQD nömrəli qanunları) 232-ci maddəsində "icazəsi" sözü, 233-cü maddəsinin adında və mətnində "icazə" sözü, 346-cı maddəsində "icazə" sözü müvafiq olaraq "xüsusi icazəsi" və "xüsusi icazə" sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 4 mart 2005-ci il

N847-IIQD

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU